Millimizin müdafiəçisi yeni klubunda – 1 İLLİK İMZA

28 Mart 2020 17:38 Milli komanda 815
Millimizin müdafiəçisi yeni klubunda – 1 İLLİK İMZA

Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev Moldovanın "Dinamo-Avto" klubuna keçib.

Bu barədə Tiraspol təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Ukrayna vətəndaşlığı da olan D.Nağıyevin son klubu Litva "Stumbras"ı olub. Futbolçu 2018-ci ildə "Sumqayıt"ın formasını geyinib. "Dinamo-Avto"da daha əvvəl "Bakı" klubunun yetirməsi Nurlan Novruzov da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti