Millimizin Malta toplanışı və yoldaşlıq oyunları ləğv olundu

12 Mart 2020 11:10 Milli komanda 587
Millimizin Malta toplanışı və yoldaşlıq oyunları ləğv olundu

Azərbaycan millisinin martın 23-dən Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta ilə keçiriləcək yoldaşlıq oyunları ləğv olunub.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumatlandırılıb.

Qərar son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınması məqsədilə qəbul olunub.

Toplanış martın 31-dək davam etməli idi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"