"Mən ki Azərbaycan millisində oynamaq üçün pul istəməmişəm…"

10 Mart 2020 14:36 Milli komanda 2 180
"Mən ki Azərbaycan millisində oynamaq üçün pul istəməmişəm…"

AFFA-nın milliləşdirmə üçün hazırlığa başladığı Sezar Meza Kolli yığmanın formasını geyinməkdən imtina edə bilər.

Sportinfo.az-a bu barədə məlumat «Keşlə»dən daxil olub.

Belə ki, ictimaiyyətin və medianın federasiyanın bu addımını kəskin tənqid eləməsi paraqvaylı yarımmüdafiəçiyə məyusluq hissi yaşadıb.

Klub rəsmiləriylə görüşən cənubi amerikalı legioner seçimindən dolayı narahatlıq keçirdiyini, yığmanın təklifini geri çevirmək barədə düşündüyünü bildirib.

Sezar əksər əcnəbi futbolçulardan fərqli olaraq, Azərbaycanın şərəfini qorumaq üçün AFFA-dan pul tələb etmədiyini xatırladıb və haqqında söylənilən fikirlərin ailəsini də üzdüyünü deyib.

«Keşlə» mənsubları paraqvaylıya narahat olmamağı məsləhət görüb və onun diqqətinə çatdırıb ki, sənədlərinin hazırlanması vaxtında başa çatsa, millinin bu ay Maltada keçiriləcək təlim-məşq toplanışına dəvət alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”