ABŞ çempionatında het-trik edən azərbaycanlı - VİDEO

8 Mart 2020 13:00 Milli komanda 1 574
ABŞ çempionatında het-trik edən azərbaycanlı - VİDEO

ABŞ Peşəkar Futbol Liqasında yeni mövsümə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” klubu da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda ilk turda doğma meydanda “Portland 2” ilə qarşılaşıb. Rüfətin komandası bu oyunda darmadağınla qalib gəlib – 6:1.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, yeni komandasında rəsmi debüt etdiyi oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

Komandamızın üç qolunu da millimizin forvardı vurub. Belə ki, o, 13, 24 və 65-ci dəqiqələrdə fərqlənməklə het-trikini rəsmiləşdirib.

Dadaçov qış transfer dövründə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Proyssen”dən “Feniks Rizinq”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”