AFFA futbolumuzu 23 il geri atdı

20 Noyabr 2019 02:10 Milli komanda 850
AFFA futbolumuzu 23 il geri atdı

AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunda səfərdə Slovakiya millisinə 0:2 hesabıyla məğlub olan Azərbaycan millisi tarixinin ən pis göstəricisini təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, cəmi 1 xalı olan Nikola Yurçeviçin komandası qrupu sonuncusu olub. Bununla da, millimiz "Avro-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alnan antirekordu təkrarlayıb.

O vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi ilk dəfə beynəlxalq turnirə qatılırdı.

Digər Xəbərlər
Xəbər Lenti