Koronavirusa yoluxan azərbaycanlı məşhurlar: Onların durumu necədir?

8 İyul 2020 17:52 Maraqlı 1 585
Koronavirusa yoluxan azərbaycanlı məşhurlar: Onların durumu necədir?

Tanınmış teleaparıcı, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayevin "COVID-19" infeksiyasına yoluxduğu barədə məlumat yayıldı.

Hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.



Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər də araşdırılaraq tibbi nəzarətə götürülüb.

Əməkdar artist Bəhram Bağırzadənin isə vəziyyəti ağır olaraq qalır. Əməkdar artistin müalicə aldığı Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayevin sözlərinə görə, xəstənin tənəffüsü süni ventilyasiya aparatı vasitəsilədir:

“Huşu aydın, bədən hərarəti isə normadadır. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilib”,-deyə o, bildirib.

TƏBİB Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan ...

Xatırladaq ki, koronavirusa yoluxan Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşdiyi üçün iyunun 13-də əvvəl müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artist bir neçə gün əvvəl komadan ayılıb.

Bir müddət bundan əvvəl isə əməkdar jurnalist, "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev də koronavirusa yoluxmuşdu. Lakin jurnalist tez bir zamanda virusa qalib gələrək, xəstəxanadan evə buraxıldı. Bu barədə sosial şəbəkədə məlumat yazan İlham Quliyev tezliklə işinə geri dönəcəyini də qeyd edib:

"Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq. 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm. Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm. Özünüzü qoruyun!”

İlham Quliyev və ailəsi koronavirusa yoluxdu

Bir müddət əvvəl koronavirusa yoluxan tanınmış şair Şəhriyar Del Gerani isə tam sağalaraq, normal həyat tərzinə geri dönüb. Sosial şəbəkələrdə paylaşdığı fotolardan da aydın görünür ki, şair tam sağalıb, özünü yaxşı hiss edir, hətta dostları ilə görüşüb, söhbətləşir.

Ötən gün AzTV-nin tanınmış futbol şərhçisi Fikrət Adıgözəlli və həmkarı Rövşən Binətlinin də koronavirusa yoluxduğu məlum oldu. Məlumata görə hər iki tanınmış jurnalist hazırda xəstəxanada müalicə alır.

Ümumilikdə isə son günlərdə AzTV-nin bir neçə əməkdaşının koronavirusa yoluxduğu və virusun qurbanına çevrildiyinin şahidi olduq. Çox təəssüf ki, qurumun iki əməkdaşı bir neçə gün əvvəl virusa yoluxmadan dünyasını dəyişdi. Belə ki, iyulun 1-də televiziyanın rejissoru Samir Nemətzadənin, cəmi bir gün sonra isə telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayevin vəfat etdiyi məlum oldu.

Samir Nemətzadənin səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA Ayna.az

Koronavirus tanınmış sənətçilərdən də yan keçməyib. İyunun əvvəlində 81 yaşlı Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib.

Koronavirusun qurbanları arasında məşhur həkim və məhkəmə hakimləri də var. Onların arasında Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin baş mütəxəssisi, damar cərrahı, 63 yaşlı Faiq Yusibovun, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Müseyib Hüseynov, Namiq Məmmədov, Əflatun Qasımovun adını qeyd etmək olar.

Xalidə Gəray

Digər Xəbərlər
Xəbər Lenti