420 minlik "Lamborghini"ni zibil qutusuna çırpdı - VİDEO

28 Dekabr 2019 16:30 Maraqlı 898
420 minlik "Lamborghini"ni zibil qutusuna çırpdı - VİDEO

"Vest Hem"in yarımmüdafiəçisi Maykl Antonio Premyer Liqanın "Kristal Pelas"la oyunundan əvvəl qəzaya düşüb.

Sportinfo.az xəbər verir ki, "qar adamı" paltarı geyinib dostunun doğum gününə yollanan 29 yaşlı futbolçu klubun qaldığı otelə qayıdarkən qəza törədib.

Sürət həddini aşan Antonio idarəetməni itirərək 210 min funt sterlinq dəyəri olan "Lamborghini Huracan" avtomobilini zibil qutusuna çırpıb. Xəsarət alan olmasa da, ətrafdakı evə və bahalı avtomobilə ciddi ziyan dəyib.

Maraq üçün deyək ki, Maykl Antonionun "çəkicdöyənlər"in heyətində həftəlik qazancı 70 min funtdur. O, qəzadan sonra komandanın məşqinə qoşulub, ardınca "Kristal Pelas"la qarşılaşmada 90 dəqiqə meydanda olub, qol ötürməsi də verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda