Yurçeviçin qızları haqda: "Xorvatiyalı kardaşyanlar" - FOTO

8 Dekabr 2019 13:10 Maraqlı 1 182
Yurçeviçin qızları haqda:

Millimizin baş məşqçisi Nikola Yurçeviç işindən daha çox, şəxsi həyatı ilə gündəmə gəlir. Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssisi şou-biznesin diqqət mərkəzində saxlayan isə onun ailəsi, daha dəqiq desək, qızlarıdır.

Məlum olduğu kimi, 53 yaşlı məşqçi dekabrın 27-də böyük qızı Lana Yurçeviçə toy edəcək. Bir müddətdir sevgili olduğu makedoniyalı futbolçu Risto Riki Mitrevski ilə ailə həyatı qurmağa hazırlaşan xanımın hamilə olduğu bildirilir. Lana şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağı sevir.

Yurçeviçin kiçik qızı Laura isə bu mənada böyük bacısından fərqlənir. Xorvatiya mətbuatının yazdığına görə, daim diqqət mərkəzində olmağı sevən 23 yaşlı xanım səyahət etməyi sevir.

Tez-tez İngiltərənin paytaxtı Londona yollanan bacılara britaniyalılar ləqəb də tapıblar. Onlar Yurçeviçin qızlarını "xorvatiyalı kardaşyanlar" adlandırırlar.

Digər Xəbərlər
Xəbər Lenti