"Bakı"da oynamış futbolçu 1 ton narkotiklə tutuldu

20 Noyabr 2019 13:40 Maraqlı 1 175
"Bakı"da oynamış futbolçu 1 ton narkotiklə tutuldu

2012-ci ildə "Bakı"da çıxış etmiş Koke (Serxio Kontreras) İspaniyada həbs olunub.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki,karyerasını 2016-cı ildə Yunanıstan "Aris"ində başa vurmuş 36 yaşlı forvard narkobiznes şəbəkəsinə rəhbərlik edirmiş.

İspaniya polisinin Estepona, Malaqa və Qranada ətrafında həyata keçirdiyi kütləvi həbslər zamanı Kokenin 20 nəfərlik dəstəsindən 1 tona yaxın narkotik, xeyli sayda silah və pul müsadirə olunub. Həbs edilənlər arasında Kokenin qardaşı da var.

İspaniyalı futbolçu Azərbaycan klubunun heyətində 10 oyun keçirib, 2 qol vurub. O, "Marsel", "Sportinq" (Portuqaliya), "Rayo Valyekano" və "Malaqa" kimi məşhur klublarda oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!