
Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı milyarder Fərhad Əhmədov Göyçayda "Nar kuboku" uğrunda yarışın final görüşünü izləyib.
Nar festivalı günlərinə təsadüfən edən oyunda Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Göyçay rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.
FORBES-in rusiyalı milyarderlərlə bağlı siyahısında 1,4 milyardlıq sərvəti ilə 69-cu yerdə olan Əhmədov 2 il öncə Göyçay stadionunu təmir etdirib. Göyçayda bu cür arena və iş adamı olsa da, maraqlıdır ki, rayonun komandası heç Region Liqasında belə, təmsil olunmur.
Vaxtilə Göyçayın "Çinar" komandası I dəstənin qalibi olub yüksək liqaya vəsiqə qazansa da, maddi çətinliklərə görə elitada oynamaqdan imtina etmişdi.
Sportinfo.az Göyçay stadionunun görüntülərini sizə təqdim edir.