Jurnalistlər yığması Gürcüstandan medalla qayıdır

29 Oktyabr 2023 16:30 Maraqlı 330
Jurnalistlər yığması Gürcüstandan medalla qayıdır

Jurnalistlərdən ibarət Azərbaycan millisi beynəlxalq turnirdə medal qazanıb.

Söhbət Gürcüstanda keçirilən mərhum və məşhur şərhçi Kote Maxaradze turnirindən gedir.

8 ölkənin çıxış etdiyi yarışda qrup mərhələsini ikinici pillədə başa vuran (2 qələbə, 1 məğlubiyyət) komandamız yarımfinal mərhələsində mübarizəni dayandıraraq bürünc medala sahib çıxıb.

Sonda çempion olan Gürcüstanla görüşdə 0:2 geri düşən həmkarlarımız özündə cəsarət taparaq matçda bərabərlik yarada bilib.

Son saniyələrdə buraxılan qol finalçı olmağımıza mane olub.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, yarımfinal matçında hakimlərin qərəzli qərarları həlledici olub.

Yığma komandanın heyətində "Sportinfo"nun əməkdaşı Xanoğlan İmanov da yer alıb.

Yeri gəlmişkən ötən il də analoji yarışı eyni əyarlı medallarla bitirmişdik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"