“Prezident Bakıda mənə iki ev vermişdi, birini satdım, birini kirayə verirəm” - FORO

6 Avqust 2022 21:00 Maraqlı 1 120
“Prezident Bakıda mənə iki ev vermişdi, birini satdım, birini kirayə verirəm” - FORO

2004-cü ildə Azərbaycan futbolunda sponsor bumu başlayanda bu idman növünə axan milyonların sayı-hesabı yox idi.

Futbolçulara təkcə yüzminlərlə maaaşlar təklif olunmurdu.

Həmin dönəmdə mümkün uğur qarşılığında bütün komandaya son model avtomobil hədiyyə etmək, məvacib qarşılığında Bakının mərkəzində ev bağışlamaq dəb idi.

Vaxtilə klub prezidentinin səxavətini görmüş futbolçulardan biri də Qoça Trapaidzedir.

2004-2007-ci illər aralığında “Karvan”ın uğurları üçün tər tökmüş gürcüstanlı yarımmüdafiəçi klubun o vaxtkı prezidenti Şahmar Vəliyevdən Bakının mərkəzində iki mənzil hədiyyə alıb. Hədiyyə deyəndə ki...

Qoça Sportinfo.az-a açıqlamasında Vəliyevlə aralarındakı razılaşmadan danışıb:

“O vaxt futbolçulara “podyomnı” əvəzinə Bakıda mənzil təklif olunurdu. Mənə təklif olunanda düşünmədən razılaşdım.

Prezident mənə iki ev verdi, birini satdım, biri qalır. Mənzil “podyomnı” əvəzi verilirdi, yerdə qalan məbləği aybaay alırdıq.

Elə oldu ki, sonradan həmin evlərdən birini satmalı oldum. Necə satdım? Tbilisidə yaşayan azərbaycanlı var idi, Bakıda ev axtarırdı.

Ona dedim, Bakıda sənə ev verirəm, sən də mənə Tbilisidə ev al. Beləcə razılaşdıq.

O biri evi isə kirayə vermişəm. Elə ona görə də ara-sıra Bakıya gedib-gəlirəm”.

Qoça Trapaidze “Karvan”da oynadığı müddətdə çempionatımızın gümüş və bürünc medallarına sahib olub, UEFA kubokunda mərhələ adlayan ilk Azərbaycan klubunun heyətində yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!