Qorxmaq yox, qaçmaq zamanıdır

24 Mart 2023 21:20 Köşə 1 027
Qorxmaq yox, qaçmaq zamanıdır

Azərbaycan millisi AÇ-2024-ə Lintsdə start verir.

Bu axşam meydan sahibi Avstriyanın qonağı olacaq ölkənin bir nömrəli futbol komandası 3 gündən sonra İsveçdə yerli publikanın qarşısına çıxacaq.

Əlbəttə, rəqiblərin adı və beynəlxalq arenalardakı təcrübəsi bizimkiləri həyəcanlanmağa, bəlkə də ehtiyatlanmağa məcbur edir.

Təkcə heyətlərindəki futbolçuların oynadığı klubların adına baxmaq kifayətdir ki, azərbaycanlı oğlanların hansı hislər keçirdiyini təsəvvür edəsən.

Əslində buna gərək yoxdur. Çünki rəqiblərlə müqayisədə Canni de Byazinin yetirmələrinin qarşısında Avropa çempionatının final mərhələsinə qatılmaq tələbi dayanmır. Olarsa olar, olmazsa olmazsın.

Və işin maraqlı tərəfi Azərbaycan yığmasının son 5 görüşü qələbəylə başa vurmasıdır. Səfərdə Slovakiya, Moldova və Şimali Makedoniyanı məğlub etməyi bacaran komandanın üzvləri Avstriya və İsveçrə səfərlərindən də xalla qayıtmağı bacarar. Yetər ki, öz güclərinə inanıb 3 xalın arxasınca düşsünlər.

Millidə Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Mahir Emreli, Abbas Hüseynovun timsalında ciddi itkilər nəzərə çarpsa da, dəvət olunanlar boşluğu doldura biləcək gücdədir. Hər biri Premyer Liqamızda və ölkə xaricində mütəmadi şans qazanan və özünü yaxşı tərəfdən göstərəndir.

Nəticəni və rəqibin adını düşünməyə gərək yoxdur. Meydana çıxan hər bir futbolçu bir şeyi düşünməlidir - ardıcıl 5 oyunluq qələbənin davamını gətirmək. Qorxmaq yox, hədəfin dalınca qaçmaq zamanıdır. Azərbaycan futbolu qorxu və həyəcan hissini çoxdan dəf edib.

HƏBİB

Xəbər Lenti