
Premyer Liqada çıxış edən “Keşlə” Cavid İmamverdiyevlə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə mövsümün əvvəlində bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yayda "Sabah"dan gələn İmamverdiyev "Keşlə" ilə 1 illik sözləşmə imzalamışdı. Yığmanın sabiq üzvü karyerasını "Sumqayıt"da davam etdirəcək.