Neft şirkəti paytaxt klubunun maliyyəsini niyə dayandırıb?

13 Mart 2020 10:52 Şamaxı 942
Neft şirkəti paytaxt klubunun maliyyəsini niyə dayandırıb?

«Keşlə»də maliyyə problemi ciddi xarakter alıb. Artıq 3 aya yaxındır ki, paytaxt təmsilçisi futbolçularına və işçilərinə əməkhaqqı vermir.

Sportinfo.az-ın məlumatına görə, problem klub rəhbərliyindən qaynaqlanmır.

Neft şirkəti hələlik məlum olmyan səbəblərdən «Keşlə»nin ödəmələrini dayandırıb. Komanda üzvləri bir neçə dəfə rəsmilərə müraciət edib, lakin narahatlığı aradan qaldıracaq cavab almayıb.

Maraqlıdır ki, maaşlar verilməsə də, mükafatların ödənilməsində bir sıxıntı yoxdur. Çünki bu məsələni klubun Müşahidə Şurasının sədri Zaur Axundov şəxsi hesabına həll edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!