"Mənim üçün millinin baş məşqçisinin kim olmasının fərqi yoxdur"

2 Mart 2020 10:24 Şamaxı 763
"Mənim üçün millinin baş məşqçisinin kim olmasının fərqi yoxdur"

"Belə qərar verilibsə, hörmətlə yanaşmaq lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Keşlə"nin kapitanı Slavik Alxasova məxsusdur.

O, komanda yoldaşı Sezar Meza Kollinin milliləşdirilməsinə və yığmadakı baş məşqçi məsələsinə münasibət bildirib: "İnanıram ki, onun xeyirini görəcəyik. Meza Kolli yaxşı futbolçudur. Texnikalı və ağıllı oyunçudur.

Baş məşqçi məsələsinə gəlincə, əsas odur ki, komandaya xeyir verən mütəxəssis olsun. Mənim üçün kimin olacağının elə də fərqi yoxdur. Əsas nəticənin yaxşı olmasıdır. Amma düşünürəm ki, yerli baş məşqçi olsaydı, lap yaxşı olardı".

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!