Axundov barmağını silkələdi: "Özünü yığışdır!"

6 Fevral 2020 12:30 Şamaxı 1 756
Axundov barmağını silkələdi: "Özünü yığışdır!"

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov Vüsal İskəndərlini danlayıb.

Sportinfo.az-ın məlumatına görə, klubun rəhbəri yarımmüdafiəçinin oyunundan və davranışından kəskin narazıdır.

Axundov milliyə dəvət alandan sonra onda mənfiyə doğru dəyişikliyin olduğunu bildirib, özünü düzəltməsini tapşırıb.

Antalya toplanışı zamanı komanda yoldaşı və baş məşqçi Tərlan Əhmədovla problem yaşayan İskəndərliyə xəbərdarlıq olunub ki, hərəkətlərinə diqqət etməsə, barəsində ciddi ölçü götürüləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu