Əhmədov: "Turnir cədvəlinə baxmıram, əhəmiyyəti yoxdur"

2 Fevral 2020 17:15 Şamaxı 812
Əhmədov: "Turnir cədvəlinə baxmıram, əhəmiyyəti yoxdur"

“Hər kəsi çempionatın bərpası münasibətilə təbrik edirəm. Bilirdik ki, toplanışdan sonrakı ilk oyun ağır olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli məşqçi Premyer Liqanın 15-ci turunun "Qəbələ" ilə səfər oyunu (1:2) haqda fikirlərini bölüşüb: "Fasilədən sonra ilk oyun çox vacib idi. Qələbə qazanmağımız xoşdur, çox yaxşı oynadığımızı deyə bilərəm. Uşaqların hamısı mübarizə apardı. “Qəbələ”yə də bu cür oyuna görə təşəkkürümü bildirirəm. Ruslan Qurbanovun yoxluğu bizim üçün itki idi. Mənə hər şeydən vacib olan qələbə qazanmaq idi. Oyunçularıma təşəkkür edirəm.

İkinci hissəyə rahat hesabla yollandıq. Fasilədən sonra rəqib sürəti artırdı. Buraxılan qoldan sonra komanda bir qədər geri çəkilmək məcburiyyətində qaldı ki, bunu da başa düşmək olar. Ruslan Qurbanov sırada olsaydı, Qadoyevə daha tez şans verərdim. Məhz limit səbəbindən onu gec oyuna qoşmağımıza səbəb oldu. O, artıq komandaya tam uyğunlaşıb. Turnir cədvəlinə baxmıram. İndi kimin hansı sırada olmasının heç bir əhəmiyyəti yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti