"Keşlə"nin futbolçusunu elə hala saldılar ki... – VİDEO-FOTOLAR

23 Yanvar 2020 12:16 Şamaxı 1 083
"Keşlə"nin futbolçusunu elə hala saldılar ki... – VİDEO-FOTOLAR

“Keşlə”Antalyada daha bir yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızılar" Tula “Arsenal”ı ilə qarşılaşıb.

İlk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikkau”ya 1:4 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri ikinci matçında daha yaxşı çıxış etməyə çalışıb.

Hesabı da məhz "Keşlə" açıb. Amma qalan dəqiqələrdə iki qol vuran ruslar əzmkar qələbəyə seviniblər.

Matç sərt mübarizə şəraitində keçib. Hər iki tərəfdən bir neçə futbolçu kobud müdaxiləyə məruz qalıb. Belə epizodlardan birində «Keşlə»nin hücumçusu Lorenzo Frutos yerdə qalıb. Paraqvaylı legioner həkimlərin köməyi ilə özünə gəlib.

"Keşlə" Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın “Zemplin” klubuna qarşı keçirəcək.

“Keşlə” – “Arsenal” (Rusiya) 1:2
Qol: Aleksandr Kristavao, 70.

Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 4. Slavik Alxasov (k), 5. Franko Flores, 7. Tural Bayramli, 9. Lorenzo Frutos, 10. Sezar Meza Kolli, 11. Ruslan Qurbanov, 21. Miyuşko Boyoviç, 22. Əfran İsmayılov, 25. Con Kamara.

Digər Xəbərlər
Xəbər Lenti