Tanınmış futbol adamı bu klubun vitse-prezidenti təyin olundu

5 Avqust 2022 15:00 Şamaxı 1 443
Tanınmış futbol adamı bu klubun vitse-prezidenti təyin olundu

«Şamaxı»da yeni təyinat gerçəkləşib və rəhbərliyə tanınmış futbol adamı gətirilib.

Ramiz Məmmədov Müşahidə Şurasının sədrinin müavini və vitse-prezident postuna gətirilib.

Klubun futbol akademiyası və infrastrukturla bağlı layihələrin icrasına nəzarət ona həvalı olunub.

Vaxtilə «Qəbələ», «Atırau» (Qazaxıstan) və «Damaş»ın (İran) sükanı arxasında dayanmış «Pro» kateqoriyalı mütəxəssis əvvəl də burada çalışıb.

«Şamaxı» hələ «Keşlə» adlanan dönəmdə – 2017-ci ilin yayından etibarən idman direktoru vəzifəsini yerinə yetirib və ötən ilin mayında iş yerindən ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"