Özünü iş bilməyən söyüşcül klub rəhbərliyi üçün “xərcləyən”

16 May 2022 19:40 Şamaxı 719
Özünü iş bilməyən söyüşcül klub rəhbərliyi üçün “xərcləyən”

Bir məşqçinin uduzduqları hər oyundan sonra eyni sözü təkrarlaması yalnız Azərbaycanda rast gəlinin haldır.

Deyəsən, Rüstəm Əliyevin bildiyi ancaq budur: «azarknşlərdən üzr istəyirəm», «rəhbərliyi sevindirə bilmədik», «qol vuran hücumçumuz yoxdur».

Ola bilsin, ona qadağan ediblər başqa mövzulara girməyi. Mənim üçün açıq sualdır, cavabı da maraqlı gəlir. Bunu öyrənəsi olsam, söz verirəm ki, oxucularımı da hal-qəziyyətdən xəbərdaram edəcəm.

Bu gün üçün görünən və bilinən odur ki, «Şamaxı» qəzalı durumdadır. Rüstəm Əliyev öhdəsinə verilən futbolçuları qoruya bilməz.

Onları hadisə yerindən «təxliyə» etmək də edə biləcəyi iş deyil. Bu imkanı «bina sahibləri» ona yaratmayıb.

Açığı, «Sumqayıt»la qarşılaşmadan sonra gözləyirdim ki, o, postu təhvil verəcək, ümumiyyətlə, «Şamaxı»dan gedəcək.

Klub vitse-prezidentinin paltardəyişmə otağında verdiyi məlum «konsert proqramı»ndan sonra Rüstəm Əliyevin heç nə olmamış kimi Şamaxıya getməsini, «Qəbələ» ilə oyunda texnikt zonada əyləşməsini gözləmirdim və yenə etiraf edim ki, həm təəssüfləndim, həm də təəccübləndim.

Rüstəm Əliyevi şəxsən tanıyanlar barəsində çox müsbət fikirlər söyləyir. Bir qabiliyyətli insan və savadlı məşqçi kimi danışırlar haqqında.

Yüz dəfə eşitməkdənsə, bir dəfə də bunu əyani görmək yaxşı olardı.

Təəccüblənirəm ki, bu cür xarakter sahibi necə olur, klub rəhbərliyinin ona saymazyana yanaşaraq, futbolçularına pis sözlər deməsinə səssiz qalır.

Təəssüflənirəm ki, o, elə Sumqayıtda istefa ərizəsi yazmamaqla, özünü «Şamaxı»nın böyüklərinin yolunda «xərclədi», gənc məşqçilər məktəbini isə yenə öz timsalında bilikli tələbədən məhrum etdi.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti