"AFFA çalışır ki, Zaur Axundov olan yerdə həmişə problem olsun"

13 May 2022 14:40 Şamaxı 949
"AFFA çalışır ki, Zaur Axundov olan yerdə həmişə problem olsun"

«Şamaxı» futbol akademiyasında aylardan bəri davam edən intizar başa çatıb.

Problem haqda saytımızda gedən xəbər burada işləyən personalın köməyinə çatıb.

Klub rəhbərliyi onların maaş borcundan 2 ayın pulunu ödəyib. Bununla bağlı redaksiyamızla əlaqə saxlayan əməkdaşlar Müşahidə Şurasının sədri Zaur Axundovla görüşmək istədiklərini bildiriblər:

«Biz hamımız onu yaxşı insan kimi tanıyırıq. Bilirik ki, mərd və konkret adamdır, dediyini edəndir. Hər birimizi burada işə götürən o olub.

Onun qapısını döyən bir adamı da indiyədək peşman etməyib. Təəssüf ki, rəhbərlikdə yer alan şəxslər indi bizim Zaur müəllimlə görüşməyimizə mane olur.Allah bilir, haqqımızda nələr deyiblər.

Bu şəxslərin futbolla yaxından-uzaqdan əlaqəsi yoxdur, hərəsi bir yerdən gəlib. Onların futbola, kluba canı yanmır.

Zaur müəllim bilsə ki akademiyada işləyənlər aylardır maaş almır, bir dəqiqə də dayanmaz, öz cibindən çıxarıb pul verər, deyər, gedin, bu adamların borcunu bağlayın.

Necə ki, əsas komandaya görə dəfələrlə belə edib. Çünki burada işləyənlərin çoxu kasıb adamlardır.

İnanın, Novruz və Ramazan bayramlarını keçirə bilmədik. İçimizdə elələri olub ki, oruc açmağa bir xurma da ala bilməyib.

Məşqçilər hər g\ün bazaya gəlmək üçün bir-birindən borca yolpulu istəyir. Cibimizdə 2-3 manat olmur ki, oturub birlikdə çay içək.

Görürük ki, AFFA-nın da klubumuza münasibəti dəyişib. Bizə laqeyd yanaşırlar, problemlərimizi dinləmirlər. AFFA kluba köçürmələri də vaxtında eləmir.

Elə əsas problem budur da… Sanki onlar çalışır ki, Zaur Axundov olan yerdə həmişə problem olsun».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti