"O da istəməzdi ki, komandanı belə vəziyyətdə qoysun" - Azər Salahlı

7 Dekabr 2021 23:20 Şamaxı 731
"O da istəməzdi ki, komandanı belə vəziyyətdə qoysun" - Azər Salahlı

"Səbail"lə oyuna çox ciddi hazırlaşmışdıq. Qarşıdakı 2 görüşdə maksimum nəticə qazanmaq istəyirdik. Hər şey istədiyimiz kimi gedirdi. Hesabda da bu öz əksini tapmışdı. Düşünürəm ki, 60-cı dəqiqəyə kimi meydanda ən yaxşı oyunlarımızdan birini keçirdik".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail"lə bərabərə başa çatan (2-2) qarşılaşma haqqında danışan "Keşlə"nin müdafiəçisi Azər Salahlı deyib.

60-cı dəqiqədə paytaxt klubunun hücumçusu Anatole Abanq qırmızı vərəqə alaraq meydançadan qovulub. Həmin dəqiqədə isə hesab 2-0 "Keşlə"nin xeyrinə idi.

Salahlı qələbənin əldən çıxmasında məhz həmin qırmızı vərəqənin rolunu xüsusi qabardıb: "Təəssüf ki, qırmızı vərəqədən sonra hər şey əksinə dəyişdi. Düzdü, Abanq da istəməzdi ki, komandanı belə vəziyyətdə qoysun. Amma futbolda belə şeylər olur. Daha çox istəkli olmasından irəli gələn epizod idi.

Qırmızı vərəqədən sonra belə 3 xal qazana bilərdik. Amma həmin gün bəxt biz tərəfdə deyildi. Təəssüf ki, final fitinə saniyələr qalmış qələbə hesabını əldə verdik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!