“Təəssüf ki, “Qarabağ”dan 1 xal almaq bizə qismət olmadı"

24 Noyabr 2021 16:00 Şamaxı 587
“Təəssüf ki, “Qarabağ”dan 1 xal almaq bizə qismət olmadı"

"Neftçi" üzərində qələbədən sonra eyni uğuru "Qarabağ"la oyunda da əldə etmək istəyirdik.

Oyun gününə kimi bunun üzərində çalışırdıq. Komanda yoldaşlarım 90 dəqiqə nə gücü vardısa, meydanda qoydular.

Meydanın hər qarışı uğurunda mübarizə apardılar".

Bunu Sportinfo.az-a açıqlamasında arxada qalan tur "Qarabağ"a məğlub olan olan (0:1) "Keşlə"nin lideri Şəhriyar Əliyev deyib.

Cəza üzündən ötən tur meydana çıxmayan müdafiəçi rəqibin "Qarabağ" olmasını xüsusi vurğulayıb:

"Məqsəd qol buraxmamaq idi. Matça pis də başlamamışdıq. Düzdür, rəqibin qol epizodları vardı. Sadəcə fərqlənə bilmirdilər.

İstənilən halda ilk hissəni bərabərliklə başa vurmuşduq. Standart vəziyyətdən vurulan qol planları pozdu.

Amma nəzərə alaq ki, rəqib "Qarabağ" idi. Bu komandaya qarşı oynamaq rahat deyil.

Düşünürəm ki, ciddi itkilərə rəğmən, layiqli mübarizə apardıq. Təəssüf ki, ən azı, oyundan 1 xalla ayrılmaq qismət olmadı".

Digər Xəbərlər
Xəbər Lenti