"Buna da şükür edirəm"

22 Noyabr 2021 23:20 Şamaxı 512
"Buna da şükür edirəm"

Azərbaycan Premyer Liqasının arxada qalan 10-cu turunda "Qarabağ" doğma meydanda "Keşlə"ni minimal hesabla məğlub etdi.

Görüş həm də qonaqların müdafiəçisi Tərlan Quliyevin "Keşlə" formasında meydana çıxmasının 100-cü oyun olması ilə yadda qaldı

Təcrübəli oyunçu yubiley matçı ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb: "Ümumi götürsək karyeramda oyun sayı daha çoxdur. Bu statistika ancaq "Keşlə" ilə bağlıdır.

Məncə, bir klubda bu sayda oyun keçirmək də kiçik uğur deyil. Bunu heç də asanlıqla bacarmamışam. Daha yaxşı ola bilərdi. Amma buna da şükür edirəm".

"Keşlə"nin vitse çempionla oyuna əsas müdafiəçisi Şəhriyar Əliyevsiz çıxacağı öncədən məlum idi. Amma Quliyevin də ilk "onbirlik"də olmaması gözlənilməz qarşılandı. Görəsən, Sənan Qurbanovun belə qərar verməsinin əsl səbəbi nə olub?

Tərlanı dinləyək: "Start heyətində olmalıydım. Amma oyundan öncəki günlər şəxsi problemlərim oldu. Psixoloji olaraq sanki oyuna hazır deyildim.

Baş məşqçimizlə Sənan müəllim də bunu hiss etmişdi. Açığı, bu barədə söhbətimiz olmamışdı. Ehtiyatda qalmağım bununla bağlıydı".

Digər Xəbərlər
Xəbər Lenti