Məhkəmədə Çin klubuna qalib gəldi, qaldı “Keşlə” ilə razılaşmaq

15 Oktyabr 2021 18:00 Şamaxı 1 804
Məhkəmədə Çin klubuna qalib gəldi, qaldı “Keşlə” ilə razılaşmaq

İdman Arbitraj Məhkəməsi (CAS) Çinin "Nantonq Jiun" klubu ilə hazırda "Keşlə"də çıxış edən Anatol Abanq arasındakı mübahisəli məsələyə baxıb.

CAS kamerunlu hücumçunun xeyrinə hökm çıxarıb.

25 yaşlı forvard 2020-ci ilin dekabrından çıxış edir. O, "Nantonq Jiun"un formasını 2019-cu ildə geyinib. Afrikalı ona 3 aylıq borcun qaldığını və Çin klubunun müqavilə şərtlərini yerinə yetirmədiyini açıqlayıb.

Abanqın “Keşlə” ilə kontarktı bu ilin dekabrında başa çatacaq. Kamerunlu hazırda paytaxt təmsilçisinin ən yüksək ödənişli futbolçusudur.

Azərbaycanda olduğu 10 ay ərzində cəmi 1 dəfə Premyer Liqada qol vuran legionerin aylıq qazancı 10 min dollardır.

“Keşlə” Abanqla müqavilənin müddətini uzatmağa hazırdır. Bunun üçün o, maaşının azaldılmasına razılaşmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti