Yeni yaranan əyalət klublarına pul da veriləcək

8 Oktyabr 2021 10:40 Şamaxı 829
Yeni yaranan əyalət klublarına pul da veriləcək

AFFA yeni yaradılan və bölgələri təmsil edəcək komandalara maliyyə dəstəyi verməyi planlaşdırır.

Bu barədə federasiyadan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, Region Liqasında mübarizə aparacaq əyalət kollektivləri ilə bağlı müəyyən fəaliyyət proqramı hazırlanır. Burada onların maddi-texniki bazasının nisbətən yaxşılaşdıırılması nəzərdə tutulur.

Əgər AFFA indiyədək yalnız inventarla təminata yardımçı olurdusa, artıq maliyyə yardımı da bura əlavə ediləcək. Onun məbləği isə hələ dəqiqləşməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti