Azərbaycan klubu yayda göndərdiyi legioneri qaytardı

22 Sentyabr 2021 16:40 Şamaxı 863
Azərbaycan klubu yayda göndərdiyi legioneri qaytardı

"Keşlə" sabiq legioneri Sadio Tounkaranı geri qaytarıb.

Sportinfo.az xəbər verir ki, komandaya azad agent kimi cəlb olunan malili yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

29 yaşlı vinger bu gün "Keşlə-2"nin heyətində "Sabah-2"yə qarşı I Divizionun II tur matçında meydana çıxacaq.

"Keşlə" ötən mövsümün sonunda Sadio Tounkara ilə yollarını ayırmışdı. Afrikalı Azərbaycanda daha əvvəl "Xəzər Lənkəran", "Turan Tovuz" və "Zirə"nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti