"Qarabağ"ın adına görə heç bir ruh düşkünlüyü yoxdur".

2 Aprel 2021 22:20 Şamaxı 1 343
"Qarabağ"ın adına görə heç bir ruh düşkünlüyü yoxdur".

"2 gündü komanda ilə məşq eləmirəm. Fərdi məşq edirəm və müalicə alıram. Millinin son oyununda da arxa əzələmdə ağrılar oldu. Hiss elədim ki, çətinlik yaradır. Ona görə də əvəzlənməyimi istədim".

Bu sözləri Sportinfo.az-a açıqlamasından "Keşlə"nin cinah müdafiəçisi Azər Salahlı deyib.

Salahlı "Qarabağ"la oyunda oynayıb-oynamayacağına həkimlərin qərar verəcəyini bildirib və ağır qrafikdə çıxış etməyin çətinliyindən də söz açıb: "Bu tempə öyrəşmək lazımdır. Çıxıb oynamalıyıq. Başqa çarə yoxdur. Əlbəttə, yorğunçuluq olacaq. Amma çalışıb normal bərpa olunmaq və qarşıdakı oyunlara köklənmək lazımdır".

O, "Qarabağ"ın gücünü bildiklərini, amma rəqibdən əsla çəkinmədiklərini bildirib: "Qarabağ"ı hamımız tanıyırıq. Yaxşı komandadır. Onlara qarşı maksimum dərəcədə diqqətli olmaq lazımdır. Rəqibin adına görə heç bir ruh düşkünlüyü yoxdur. Rəqibdən asılı olmayaraq meydana qələbə üçün çıxırıq. Bu oyunda da maksimum çalışacağıq ki, qələbə qazanaq".

Digər Xəbərlər
Xəbər Lenti