COP29

Bu məbləğə şifahi şəkildə anlaşdı – Baş məşqçi olmaq üçün

10 İyun 14:00 Kəpəz 3 086
Bu məbləğə şifahi şəkildə anlaşdı – Baş məşqçi olmaq üçün

«Kəpəz»in baş məşqçisi Adil Şükürov buranı tərk etməyə can atır.

O, «Turan Tovuz»da çalışmağı çox arzulayır.

Hətta deyək ki, mütəxəssis qərb bölgəsinin digər təmsilçisi ilə şifahi anlaşma da əldə edib. Çalışdırıcı 14 min manat aylıq məvacib qarşılığında «Turan»da fəaliyyət göstərməyə razılıq verib.

«Kəpəz»i Premyer Liqada saxlayan baş məşqçi klub rəhbərliyindən müqavilə şərtlərinə əməl etməsini istəyir. Burada isə «əmma» maliyyə ilə bağlıdır.

Ötən ilin oktyabrında Azər Məmmədovun yerinə gələn mütəxəssis geridə qalan müddətdə 6500 manat aylıq maaş alıb.

Əgər «sarı-göylər» I Liqaya yuvarlansaydı, o, əməkhaqqının 3000 manata endirilməsi şərtiylə qalıb işləməyə davam edəcəkdi.

Əksi olduğu halda isə bu rəqəm 12 min manata çatdırılmalı idi. Hər halda tərəflər arasında sövləşmə bu aspektdə gerçəkləşib.

Şükürov üzərinə götürdüyü öhdəliyi yerinə yetirib və indi məvacibinin göstərilən həddə çatdırılmasını istəyir. İlqar Nadiri isə bu qədər əməkhaqqı verməyə güclərinin çatmadığını deyərək, «val»ı dəyişməyə çalışır.

Təbii ki, baş məşqçi İdarə Heyətinin dəsmal götürüb ağlamasına daha inanmır və iki ayağını bir başmağa dirəyərək, ondan öhdəliyinə riayət etməsini gözləyir.

Dediyi olmasa, yəqin ki, «Kəpəz»də qalmayacaq. Hər halda biz Şükürovu gündə beş dəfə fikrini dəyişən, sözünün arxasından çəkilən biri kimi tanımırıq.

Ağzından söz çıxıbsa, sonadək üstündə dayanacaq, rəhbərin qarşısında əyilməyəcək.

Niyə də əyilsin, o, gəlməsəydi, «Kəpəz» Premyer Liqanı tərk edəcəkdi. İlqar Nadirinin bəxti onda gətirdi ki, əvvəl Tərlan Əhmədov, indi də Adil Şükürov onu fiaskoya uğramaqdan qurtardı.

Bəs bu dəfə? Güman ki, İdarə Heyətinin sədrinin növbəti «fənd»i Şükürova keçməyəcək.

Öz aramızdır, ağıllı məşqçsi İlqar Nadiri ilə şərti şumda kəsər və sonradan nala-mıxa vurmaz.

Şükürovun bu qədər əməkhaqqı istəməyə haqqı çatır və istəməlidir də. Sədr gedib ondan yaxşısını tapıb gətirməyəcək ki..?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"