COP29

Adından söz etdirən qapıçıdan transfer açıqlaması: “Rəsmi təklif almamışam”

2 İyun 23:45 Kəpəz 3 049
Adından söz etdirən qapıçıdan transfer açıqlaması: “Rəsmi təklif almamışam”

Elitadakı yerini qorumaq tapşırığının öhdəsindən bacarıqla gələn “Kəpəz”in növbəti mövsümdə necə görünəcəyi sual doğurur.

Sponsoru olmayan, dövlətdən ayrılan vəsaitlə dolanmaq məcburiyyətində qalan qərb təmsilçisinin gələcəyi müəmmalıdır.

Dolaşan xəbərlərə inansaq, legionerlər “Kəpəz”i tərk etmək barədə düşünür. Klub rəhbərliyi isə belə vəziyyətdə yerli futbolçuların xidmətindən yararlanmağı planlaşdırır.

Komandanın əsas simalarından olan portuqaliyalı qapıçı İqor Rodriges Sportinfo.az-a verdiyi açıqlamada komandadakı gələcəyi barədə bunları deyib:

“Kəpəz”lə müqaviləmin müddəti mövsümün sonuna qədər idi. Nələrin baş verəcəyini zaman göstərəcək.

Mətbuatda çox şey yazıla bilər. Deyim ki, bu günə qədər rəsmi təklif almamışam.

Xidmətimdə maraqlı olan klublar olacaqsa, danışıb, müzakirə edəcəyik. Azərbaycanda qala, karyeramı başqa ölkədə davam etdirə, ya da Portuqaliyaya qayıda bilərəm.

Dincəlim, yorğunluğum çıxsın, nələrin baş verəcəyini görəcəyik”.

Mövsümün gedişində “Kəpəz”in qapısına keçən İqor Rodriges başa çatan mövsümdə 25 oyunda qapısından 46 top buraxıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti