Sponsordan komandasının qoluna qeyri-adi reaksiya - VİDEO

12 Mart 2023 22:20 Kəpəz 634
Sponsordan komandasının qoluna qeyri-adi reaksiya - VİDEO

Premyer Liqanın 26-cı turunda “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni qəbul edib.

Oyunu canlı izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, “Qəbələ”nin prezidenti Fariz Nəcəfov, “Turan Tovuz”un prezidenti Oqtay Abdullayev, eləcə də qərb təmsilçisinin əsas sponsoru “Huner Group”un təsisçisi Ehtiram Quliyev də olub.

“Turan Tovuz” hesabı açdığı dəqiqədə VİP-lojada maraqlı an yaşanıb.

Belə ki, qərb təmsilçisinin rəsmiləri Runi Evanın vurduğu qola sevinərək reaksiya göstərsə də, Fariz Nəcəfovun yanında əyləşən Ehtiram Quliyev sponsoru olduğu komandanın qoluna reaksiya verməyib. Başqa cür desək, sakit tərzdə qarşılayıb.

“Turan Tovuz” – “Qəbələ” görüşü 1:1 hesabı ilə yekunlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anın görüntülərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!