AFFA-ya getdi, klub üçün sponsor istədi, mediadan şikayətləndi

8 Fevral 2023 14:00 Kəpəz 974
AFFA-ya getdi, klub üçün sponsor istədi, mediadan şikayətləndi

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri AFFA rəsmiləri ilə bir araya gəlib.

Görüşdə klubun mövcud vəziyyəti və Premyer Liqada çıxışı geniş müzakirə olunub.

Gəncə təmsilçisinin rəhbəri kənar təzyiqlərə məruz qaldıqlarını bildirib, yerli ictimaiyyətin dəstəyinin azlığından şikayətlənib. O, medianın komandanı basqı altında saxladığını iddia edib, federasiyadan dəstək maddi-mənəvi dəstəyin artırılmasını istəyib.

Sədr mövcud şərtlərlə klubun normal fəaliyyət göstərməsinin çətin olduğunu deyib.

Dövlətin «Kəpəz»ə ayırdığı dotasiyadan faydalanan və özünə 12 min manat maaş yazan İ.Nadiri qurumdan xahiş eləyib ki, yeni sponsorların tapılması istiqamətində addımlar sürətləndirilsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti