Adı bu stadiona verildi - Maradonanın

4 Dekabr 2020 21:40 İtaliya 645
Adı bu stadiona verildi - Maradonanın

"Napoli”nin ev oyunlarını keçirdiyi “Stadio San Paolo” stadionun adı dəyişdirilib.

Sportinfol.az xəbər verir ki, stadionun adı noyabrın 25-də vəfat edən Dieqo Maradonanın şərəfinə “Stadio Dieqo Armando Maradona” adlandırılıb.

Bunu bu gün Napoli bələdiyyəsinin başçısı Luici De Maqistris açıqlayıb.

Arenanın adının dəyişdirilməsi haqqında qərar Napoli şəhər məclisinin bütün üzvləri tərəfindən imzalanıb.

Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. Argentinalı mərhum futbolçu “Napoli” ilə iki dəfə (1987, 1990) İtaliya çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti