“Yuventus” Dibalanı onunla dəyişmək istəyir - TRANSFER CƏHDİ

30 Noyabr 2020 19:20 İtaliya 491
“Yuventus” Dibalanı onunla dəyişmək istəyir - TRANSFER CƏHDİ

PSJ-nin hücumçusu Mauro İkardi yenidən A seriyasında oynaya bilər.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu ilə “Yuventus” maraqlanır.

Turin nəhənginin onu heyətə cəlb etmək üçün planı da var.

“Yuventus” İkardini başqa bir həmyerlisi - Dibala ilə dəyişmək niyyətindədir. Məlumata görə, dəyiş-düyüş gələn ilin yayında baş tuta bilər.

Amma Paulo Dibala yeni müqaviləyə razılıq versə, plan dəyişə də bilər. Dibalanın qüvvədə olan müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı