Bu təyinat İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənəcək

14 İyul 2024 01:50 Azərbaycan Futbolu 3 257
Bu təyinat İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənəcək

AFFA Hakimlər Komitəsinin yeni sədri İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov məlumat verib.

Ötən gün baş tutan iclasda qəbul olanan qərarlar barədə danışan "Neftçi"nin veteran futbolçusu komitənin yeni sədrinin adının tezliklə açıqlanacağını bildirib:

"Növbəti iclasda artıq AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli olacaq. Çalışırıq ki, qəbul ediləcək hər bir qərar ölkə futbolunun xeyrinə olsun.

Azərbaycan Premyer Liqasının başlamasına qısa müddət qalıb. İstisna hal olacağı təqdirdə onlayn iclasda yeni sədrin adı təsdiqini tapacaq".

S.Qurbanov Sahib Məmmədovun çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçi postuna təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"Sahib Məmmədovun futboldakı keçmiş xidmətləri müzakirə olundu. Litva yığmasındakı məşqçilik illəri göz önünə gətirildi və yeni təyinat reallaşdı. Ümidimiz böyükdür, inanırıq ki, hər şey yaxşı olacaq".

AFFA Hakimlər Komitəsinin sədri postu türkiyəli Barış Şimşəklə yollar ayrılandan sonra boşdur. Azərbaycanın çimərlik futbolu millisinə isə buna qədər Zeynal Zeynalov rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada