2000 avro cərimələndi – Özünü qəsdən yerə atdığı üçün

12 Noyabr 2020 12:20 İtaliya 523
2000 avro cərimələndi – Özünü qəsdən yerə atdığı üçün

“Fiorentina”nın hücumçusu Frank Riberi cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, A Seriyasının 7-ci turu çərçivəsində “Parma” ilə keçirilən oyun zamanı bir epizodda özünü bilərəkdən yerə atan Riberinin cəzası məlum olub.

İtaliya A Seriyasının İntizam Komitəsi qarşılaşmanın 42-ci dəqiqəsində özünü yerə atan və sarı vərəqə alan Riberini 2000 avro cərimələyib.

Riberi bu mövsüm “Fiorentina” ilə 6 oyunda 2 qol vurub.

“Parma” – “Fiorentina” matçı qolsuz bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti