“Milan” türkiyəli futbolçu üçün 25 milyon avro təklif edir

11 Noyabr 2020 12:20 İtaliya 671
“Milan” türkiyəli futbolçu üçün 25 milyon avro təklif edir

“Şalke”nin müdafiəçisi Ozan Kabak daha bir klubun maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, “Milan” türkiyəli futbolçunu heyətinə qatmaq niyyətindədir.

Tərəflər arasında danışıqların uğurla davam etdiyi bildirilir. Məlumata görə, “qırmızı-qaralar” bu transfer üçün qarşı tərəfə 25 milyon avro təklif edib.

20 yaşlı gəncin adı “Liverpul”la da yanaşı çəkilir. Ozanın “Şalke” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?