Onun adı Ronald... FOTO

5 Noyabr 2020 23:00 İtaliya 462
Onun adı Ronald... FOTO

Çempionlar Liqasının E qrupunun III turunda Macarıstan "Ferentsvaroş"u ilə matç "Yuventus"un futbolçusu Kriştianu Ronaldo üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu karyerası ərzində ardıcıl 18-ci dəfə qitənin bir nömrəli klub turnirində iştirak edib.

35 yaşlı futbolçu hələlik bu göstəricidə İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasdan geridə qalır. Veteran qolkiper ardıcıl 20 dəfə Çempionlar Liqası həyəcanını yaşayıb.

"Ferentsvaroş" - "Yuventus" oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kriştianu Ronaldo koronavirusa yoluxduğu üçün qrup mərhələsinin ilk 2 oyununda meydana çıxa bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti