Ronaldo: "Mən qayıtdım"

1 Noyabr 2020 22:30 İtaliya 730
Ronaldo: "Mən qayıtdım"

"Yuventus"un futbolçusu Kriştianu Ronaldщ A Seriyasının VI turunda "Spetsiya" üzərində səfərdə qazandıqları 4:1 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu sevdiyi futbol oyununa dublla qayıtdığını vurğulayıb.

Onun fikrincə, A Seriyası maraqlı çempionatdır: "Milan" işini əla görür. "Latsio" və "Napoli" kimi komandalar da var. Bizə çoxlu işləmək lazımdır, artırırıq".

35 yaşlı forvard karantinə alındığı dövrdə koronavirusa yoluxma simptomlarının olmadığını da diqqətə çatdırıb.

Ronaldo "Spetsiya" ilə matçda meydana 56-cı dəqiqədə girib. Həmin vaxt hesab 1:1 olub. Ronaldu cəmi 3 dəqiqə sonra komandasını önə çıxarıb, 76-cı dəqiqədə isə dəqiq penalti zərbəsi ilə son nöqtəni qoyub.

Digər Xəbərlər
Xəbər Lenti