“Barselona”nın səviyyəsinə çatana qədər çalışmalıyıq” – Pirlo

30 Oktyabr 2020 11:06 İtaliya 403
“Barselona”nın səviyyəsinə çatana qədər çalışmalıyıq” – Pirlo

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Barselona”ya 0:2 hesabı ilə məğlub olan “Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis, istənilən nəticə üçün vaxt lazım olduğunu bildirib:

“Yaxşı futbol oynayan, bu səviyyədə qalmağa vərdiş edən komandaya qarşı oyunun çətin olacağını bilirdik. Heyət baxımından çox seçimim yoxdur.

Əlimdə olan futbolçuların həftədə iki dəfə 90 dəqiqə oynaması lazımdır. Gənc və təcrübəsiz futbolçularla bu, daha çətin olur. Ümid edirəm ki, futbolçularımız ən qısa zamanda geri dönər.

Təkbətək vəziyyətlər yaratmaq, rəqibin müdafiəsini dağıtmaq və sürətli olmağı planlaşdırırdıq, amma bunu reallaşdıra bilmədik.

İndi heyətimizin böyük hissəsi gənclərdir. Onları istənilən səviyyəyə çatdırmaq üçün vaxt lazım olacaq. “Barselona”nın səviyyəsinə çatana qədər çalışmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı