"Zlatan deyilsənsə, özünü riskə atma, ağılla düşün"

29 Oktyabr 2020 22:20 İtaliya 720
"Zlatan deyilsənsə, özünü riskə atma, ağılla düşün"

Bir müddət əvvəl koronavirusa yoluxan “Milan”ın hücumçusu Zlatan İbrahimoviç bu barədə danışıb.

Sportinfo.az xəbər verirki, isveçli futbolçu çəkildiyi sosial reklam çarxında ənənəsinə sadiq qalaraq iddialı fikirlər səsləndirib, güclü insan olduğunu bildirib:

“Virus mənə meydan oxudu və mən onu məğlub etdim. Ancaq Zlatan deyilsənsə, özünü riskə atma, ağılla düşün. Qaydalara hörmət edin. Həmişə sosial məsafəni qoruyun və maska taxın ” - deyə İbrahimoviç qeyd edib.

39 yaşlı forvardın sentyabrın 24-də virusa yoluxduğu məlum olub və oktyabrın 9-da onun növbəti testi mənfi çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM