"İnter" afrikalı hücumçu ilə müqavilə imzalaya bilər

29 Oktyabr 2020 19:16 İtaliya 836
"İnter" afrikalı hücumçu ilə müqavilə imzalaya bilər

"İnter" "Parma"da çıxış edən Jervinyonu heyətinə qatmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Milan təmsilçisi əsas hücumçuları - Lautaro Martines və Romelu Lukakuya əvəzləyici axtarır.

Komandanın baş məşqçisi Antonio Konte 33 yaşlı kotdivuarlı forvardı isyəyib. Afrikalı oyunçunun qış transfer dönəmində "İnter"ə keçəcəyi gözlənilir.

Jervinyo daha əvvəl "Roma"da çıxış edib. O, cari mövsüm 4 oyunda meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti