Ronaldonun koronavirus testi yenə müsbət çıxdı

28 Oktyabr 2020 00:28 İtaliya 753
Ronaldonun koronavirus testi yenə müsbət çıxdı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun koronavirus testi növbəti dəfə müsbət çıxıb.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Barselona" ilə matçdan bir gün əvvəl də portuqaliyalı hücumçunun sağalmadığı məlum olub.

Beləliklə, 35 yaşlı oyunçunun Kataloniya təmsilçisinə qarşı oynamaycağı dəqiqləşib. Oktyabrın 28-i keçiriləcək "Yuventus" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti