Ronaldonun başı yenə dərddə!

23 Oktyabr 2020 10:38 İtaliya 547
Ronaldonun başı yenə dərddə!

“Yuventus”un hücumçusu Kriştianu Ronaldonun koronavirus testi növbəti dəfə pozitiv çıxıb.

Sportinfo.az xəbər verir ki, Portuqaliya millisinin üzvü karantində qalmağa davam edəcək.

Bu isə onun Turin klubunun daha bir neçə oyununu buraxacağı anlamına gəlir. 35 yaşlı ulduz futbolçu Çempionlar Liqasının II turunda İspaniya təmsilçisi “Barselona” ilə keçiriləcək matçı da buraxacaq.

“Yuventus” – “Barselona” oyunu oktyabrın 28-də Turində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti