Zlatanın “Milan” sevgisi

21 Oktyabr 2020 11:20 İtaliya 547
Zlatanın “Milan” sevgisi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubla yeni müqavilə imzalamaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, isveçli futbolçu “qırmızı-qaralar”la müqaviləsini daha bir illik uzatmaq istəyir.

Artıq futbolçunun meneceri Mino Rayolanın klubla danışıqlara hazırlaşdığı bildirilir. Məlumata görə, tərəflər arasında müqavilə növbəti ilin yazından tez imzalanmayacaq.

Bu ilin yanvarında “Milan”a keçən 39 yaşlı futbolçu avqustda müqaviləsini cari mövsümün sonunadək uzatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?