Ronaldo özünü təriflədi: “12 ildir dağın başındayam”

18 Oktyabr 2020 11:20 İtaliya 727
Ronaldo özünü təriflədi: “12 ildir dağın başındayam”

“Yuventus”un ulduzu Kriştianu Ronaldo yenə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, koronavirus pandemiyasına yoluxan Portuqaliya millisinin kapitanı bu dəfə iddialı açıqlama ilə gündəmə gəlib.

Ronaldo 9 il formasını geyindiyi “Real”dan 2018-ci ildə “Yuventus”a transfer olunub. 35 yaşlı hücumçu özünü dünyanın ən güclü futbolçusu adlandırıb:

“Mənim yaşımda heç bir futbolçu bir böyük klubdan digərinə 100 milyon avroya keçə bilməz. Mən fərqli idmançıyam, fərqli beyinə sahibəm və fərqli insanam. Bəlkə də, bu səbəbdəndir ki, 12 ildir dağın başındayam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti