Azərbaycan kanalı "Roma"nın oyunlarının yayımını dayandırdı

16 Oktyabr 2020 10:38 İtaliya 1 078
Azərbaycan kanalı "Roma"nın oyunlarının yayımını dayandırdı

Azərbaycanda İtaliya A Seriyasının yayım hüququna sahib olan "CBC Sport" "Roma"nın oyunlarını efirə verməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə kanalın şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli "Futbol+" qəzetinə açıqlamasında bildirib.

O, daxili qərarla "Roma"nın oyunlarının yayımını dayandırdıqlarını söyləyib. Əfsərli bildirib ki, A Seriyası klubunun erməni futbolçusu Henrix Mxitaryan klubdan ayrılana qədər bu, belə davam edəcək.

Əlavə edək ki, "Roma" bir neçə gün əvvəl Ermənistana yardım göndərmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!