Ronaldonun bacısı hamını bir-birinə vurdu, hirsləndi

15 Oktyabr 2020 09:14 İtaliya 2 860
Ronaldonun bacısı hamını bir-birinə vurdu, hirsləndi

"Yuventus"un futbolçusu Kriştianu Ronaldonun bacısı Katya Aveyru koronavirus pandemiyası ilə əlaqədar fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Aveyru şəxsi "Instagram"ında qardaşının COVID-19 testinin müsbət çıxmasına reaksiya verib.

"Kriştianu bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. Çox sağ ol! İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya, testlər, ehtiyat tədbirlərini anlayacaq.

Bu, həyatımda ən böyük fırıldaqçılıqdır. Bu gün "Bəsdir dünyanı aldatdınız" ifadəsini oxuyaraq, alqışladım. Zəhmət olmasa, gözlərinizi açın" deyə o bildirib.

Kriştianu Ronaldo 10 gün özünü təcrid etməli və "Yuventus"un ən azı iki oyununu buraxmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti