Ronaldo xəstəlik tapdı

13 Oktyabr 2020 23:50 İtaliya 675
Ronaldo xəstəlik tapdı

"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.

35 yaşlı hücumçunun testi müsbət nəticə verib və karantinə alınıb. Beləliklə, Ronaldo sabah Millətlər Liqasında İsveçlə matçı buraxacaq.

Ronaldo A Seriyasının növbəti turunda "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda "Dinamo" (Kiyev) ilə görüşdə iştirak edə bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti